Donald Tramp - İranlı vətənpərvərlər, etirazı davam etdirin, öz institutlarınızı ələ keçirin, yardım yoldadır
Donald Tramp - İranlı vətənpərvərlər, etirazı davam etdirin, öz institutlarınızı ələ keçirin, yardım yoldadır

 

İranlı vətənpərvərlər, etirazı davam etdirin, öz institutlarınızı ələ keçirin – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Onun sözlərinə əsasən, nümayişçilərin düşüncəsiz qətlləri dayandırılana qədər, iranlı yüksək vəzifəli rəsmilər ilə bütün görüşləri ləğv edib.

“İranlı vətənpərvərlər, etirazı davam etdirin, öz institutlarınızı ələ keçirin! Qatillərin və zülmkarların adlarını yadda saxlayın, onlar böyük bədəl ödəyəcəklər. Nümayişçilərin düşüncəsiz qətlləri dayandırılana qədər, iranlı yüksək vəzifəli rəsmilər ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır. Gəlin İranı yenidən möhtəşəm edək” – Donald Tramp yazır.