Donald Tramp – İranla razılaşmaya ehtiyacımız yoxdur, bütün diqqət demokratlar tərəfindən idarə olunan ştatlarda korrupsiyanın aradan qaldırılmasına yönəlməlidir
İranla razılaşmaya ehtiyacımız yoxdur, bütün diqqət demokratlar tərəfindən idarə olunan ştatlarda korrupsiyanın aradan qaldırılmasına yönəlməlidir – bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
ABŞ Prezidentinin sözlərinə əsasən, demokratlar milyardlarla dollar oğurlayırlar və korrupsiya onların qanındadır.
“Vitse-prezident Vensdən xahiş etdim ki, bütün diqqətini ABŞ-nin demokratlar tərəfindən idarə olunan şəhər və ştatlarında baş verən genişmiqyaslı korrupsiyaya və cinayətkarlığa yönəltsin. “Mavi ştatlar” – məsələn, Minnesota, Kaliforniya, İllionis və bir çox başqaları pis idarə olunur; onlar korrupsiya ilə dolmuş fəlakətli vəziyyətin nümunələridir. Hər ay milyardlarla dollar oğurlanır. Bu genişmiqyaslı cinayətkar fəaliyyətin qarşısı alınarsa, büdcəmizi sürətlə balanslaşdırmaq mümkün olardı. Korrupsiya demokrat liderlərin qanındadır. İranla heç bir razılaşmaya ehtiyacımız yoxdur. O vaxtlar çoxdan keçmişdə qalıb. Onların pulu, yüz milyardlarla dolları və eləcə də boğazı bizim əlimizdədir” – Donald Tramp qeyd edib.