Donald Tramp – İranla razılaşma ikinci mərhələyə keçir, bu da düşünürəm ki, daha asan olacaq
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın ikinci mərhələyə keçdiyini bildirir. O, ABŞ-nin İrana pul yatırmayacağını deyib və bu məsələ ilə bağlı yayılan məlumatı “gülməli qeybət” adlandırıb.
“Biz İranla razılaşmanı başa çatdırdıq və uğurlu olmalıdır. O, ikinci mərhələyə keçir, bu da düşünürəm ki, əslində daha asan olacaq” – Tramp Fransada Böyük Yeddiliyin sammitində jurnalistlərlə söhbəti əsnasında deyib.
O, İranla əldə edilən razılaşmanın “ədalətli” və “yaxşı” olduğunu bildirib.
Ağ Evin lideri ötən həftə İrana hücum etməkdən başqa “başqa seçimi”nin olmadığını deyib.
“Mən keçən həftə onlara hücum etmək istəmirdim, lakin bizim başqa yolumuz yox idi” – Tramp qeyd edib.