Donald Tramp - İranla müharibəni bitirmək haqda razılaşmaya nail olunarsa, neftin qiyməti çox sürətlə düşəcək
Donald Tramp - İranla müharibəni bitirmək haqda razılaşmaya nail olunarsa, neftin qiyməti çox sürətlə düşəcək

 

İranla müharibəni bitirmək haqda razılaşmaya nail olunarsa, neftin qiyməti çox sürətlə düşəcək – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

Yaxın Şərqdə münaqişə başlayandan və İranın əsas ticarət kanalı – Hörmüz boğazında gəmilərin hərəkətinə təhlükə yaratmasından sonra neftin qiyməti xeyli artıb.

İndi Donald Tramp “razılaşma bağlamaq üçün çox ciddi şans olduğunu” deyir, bundan sonra da neftin qiyməti kəskin şəkildə düşəcək. Lakin, o razılaşma bağlamaq şansının olmasının heç nəyə zəmanət vermədiyini deyib.

“Razılaşma üçün çox ciddi şansımız var, amma bu, heç nəyə zəmanət vermir. Mən sizə heç nəyin zəmanətini vermirəm” – ABŞ Prezidenti bildirib.

Bununla yanaşı, Donald Tramp ABŞ və İranın müharibəni bitirmək üçün 15 maddəni müzakirə etdiyini və orada İranın nüvə silahı ilə bağlı güzəştə getməsinin “birinci, ikinci və üçüncü maddələr” olaraq sadalandığını bildirir. Lakin, Tramp “rejim dəyişikliyinin çox ciddi formasını” görmək istədiyini bildirir.