Donald Tramp - İranla müharibə ola bilsin, daha iki və ya üç həftə davam etsin, vaxt bizim üçün əsas deyil
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin daha iki və ya üç həftə davam edə biləcəyini bəyan edir.
Onun sözlərinə əsasən, ABŞ müharibəni “artıq qazanıb”.
“Müharibə, yəqin ki, daha iki həftə və ya ola bilsin, üç həftə davam edəcək. Vaxt bizim üçün əsas deyil” – Tramp “ABC News”a telefon müsahibəsində açıqlayıb.
Bununla yanaşı, Tramp İranın ümumilikdə 159 gəmisinin olduğunu və indi heç bir gəmisinin olmadığını bəyan edib. O, onların hər birinin hazırda dənizin dibində olduğunu deyib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir. Trampın sözlərinə əsasən, “İran xalqının kifayət qədər silahı olsaydı, mütləq rejimə cavab verərdilər”.