Donald Tramp İranla danışıqların növbəti iki gündə bərpa oluna biləcəyini bildirib

21:44, 14.04.2026

 

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların “növbəti iki gün ərzində” bərpa oluna biləcəyini bildirib.

“Bəlkə də növbəti iki gündə nəsə baş versin. Biz Pakistana getməyə daha çox istəkliyik” – Amerika Birləşmiş Ştatlarının Prezidenti qeyd edib.

Məlumat üçün bildirək ki, ötən həftə İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Görüşdə ABŞ-nin vitse-prezidenti Cei Di Vens və İran Parlamentinin spikeri iştirak edib, lakin tərəflər razılaşmaya nail ola bilməyiblər.

Oxşar