Donald Tramp İranla danışıqların aparıldığını və danışıqlar çərçivəsində də bir neçə görüşün keçiriləcəyini bildirir
Donald Tramp İranla danışıqların aparıldığını və danışıqlar çərçivəsində də bir neçə görüşün keçiriləcəyini bildirir

 

İranla danışıqlar aparılır, birdən çox görüşdən söz gedir – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp İranın danışıqlar aparmaq istəyinin olduğunu deyib.

“Onlar nəsə etmək istəyirlər və görək, nəsə ediləcək yoxsa yox. Bir müddət əvvəl nəsə etmək şansları var idi, bu alınmadı və əməliyyat keçirdik. Zənn etmirəm ki, bunun yenidən baş verməsini istəsinlər. Onlar danışıqlar aparmaq istəyirlər. Hazırda onlarla danışıqlar aparırıq” – Tramp bildirib.

Bununla yanaşı, jurnalistin görüşün harada keçiriləcəyi haqqında sualına ABŞ Prezidenti cavabının olmadığını, hərçənd birdən çox görüşdən söz getdiyini qeyd edib.