Donald Tramp - İranla biznesi olan bütün ölkələr Amerika ilə istənilən biznes münasibət zamanı 25 faizlik rüsum ödəyəcəklər
ABŞ Prezidenti Donald Tramp bildirir ki, İranla iqtisadi münasibətləri olan bütün ölkələrə ABŞ ilə istənilən növ iqtisadi əməkdaşlıq zamanı 25 faizlik rüsum tətbiq olunacaq.
“Qeyd olunan dəqiqədən aşağıdakı qüvvəyə minir: İranla biznesi olan bütün ölkələr Amerika ilə istənilən biznes münasibət zamanı 25 faizlik rüsum ödəyəcəklər. Bu sərəncam qəti və dəyişməzdir” – ABŞ Prezidenti yazır.