Donald Tramp - İranla bağlı yeganə sual budur ki, gedib onları bitirəcəyik, yoxsa sənəd imzalayacaqlar
Donald Tramp - İranla bağlı yeganə sual budur ki, gedib onları bitirəcəyik, yoxsa sənəd imzalayacaqlar

 

İranla bağlı yeganə sual budur ki, gedib onları bitirəcəyik, yoxsa sənəd imzalayacaqlar – bu haqda ABŞ Prezidenti Donald Tramp Konnektikut ştatında Nyu London şəhərində Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizəsi Akademiyasının buraxılış mərasimində deyib.

O, ABŞ-nin müharibə ərzində İranı tamamilə məhv etdiyini və Tehranın artıq dəniz və hava qüvvələrinin olmadığını bildirib.

“Hər şey yox olub. Onların hərbi dəniz qüvvələri yox olub. Onların hərbi hava qüvvələri yox olub. Demək olar ki, hər şey yox olub. İranla bağlı yeganə sual budur ki – gedib onları bitirəcəyik, yoxsa sənəd imzalayacaqlar? Gəlin görək nə baş verəcək” – Tramp bildirib.

Bununla yanaşı, Ağ Evin lideri Tehranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bir daha təkrarlayıb.

“İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Vəssalam. Hər şey çox sadədir. Bizim böyük dəstəyimiz var, saxta xəbərləri oxumaqla bunu başa düşə bilməzsiniz. Onlar razılaşma bağlamağı çox istəyirlər. Görək nə baş verəcək, lakin biz onlara çox sərt zərbələr endiririk. Onlara daha da sərt zərbələr endirməli ola bilərik” – Tramp bildirib.