Donald Tramp – İranla bağlı mühüm tərəqqiyə nail olmuşuq, indi müharibədən əvvəlkindən daha çox neft çıxarırıq, lakin bu müharibə deyil, beş ayda heç kim xəsarət almayıb, heç kim həlak olmayıb və heç nə baş verməyib

13:29, 07.11.2026

 

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, İran ərazisinə kiçik zərbə endirilib. O, bununla paralel olaraq İranla danışıqlar aparıldığını bildirib.

İran mediasının məlumatına əsasən, Keşm adasına iki raketlə hücum edilib, lakin İran mediası mümkün zərər barədə məlumat yaymır.

Bundan əvvəl ABŞ Prezidenti Hörmüz boğazının açıq olduğunu və neftlə əlaqəli işgüzar əməliyyatların heç vaxt olmadığı qədər daha aktiv şəkildə həyata keçirildiyini bildirmişdi.

“İranla bağlı mühüm tərəqqiyə nail olmuşuq. İndi oradan müharibədən əvvəl çıxardığımızdan daha çox neft çıxarırıq. Bu müharibə deyil. Beş ay ərzində heç kimin xəsarət almadığı, heç kimin həlak olmadığı və heç nəyin baş vermədiyi bir şey müharibə ola bilməz axı. Bu müharibə deyil. Bilirsiniz, Rusiya-Ukrayna münaqişəsində ayda 25 000 nəfər həlak olur. Biz isə yeddi ay ərzində heç bir əsgərimizi itirməmişik. Ona görə də bunun müharibə olduğunu zənn etmirəm. Tam nəzarətimiz var. Lakin iranlılarla işimiz var və baxaq görək hadisələr necə inkişaf edəcək. Biz kiçik zərbələr endiririk. Onlar isə təxminən 15 dəqiqəyə, bəlkə də beş dəqiqəyə məhv etdiyimiz müəyyən növ zenit sistemi yaratmışdılar” – Donald Tramp bildirib.

Oxşar