Donald Tramp İranın Təhlükəsizlik Qüvvələri nümayişçilərə qarşı zorakılığı gücləndirərsə, Amerika Birləşmiş Ştatlarının sərt cavabının olacağını bildirir
ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib və təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı zorakılığı gücləndirərsə, Amerika Birləşmiş Ştatlarının sərt cavabının olacağını qeyd edib.
“Biz bunu çox diqqətlə izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, Amerika Birləşmiş Ştatları tərəfindən çox acı şəkildə cəzalandırılacaqlar” – Donald Tramp jurnalistin İranda davam edən etiraz aksiyaları və həlak olmuş nümayişçilər ilə bağlı sualına cavab olaraq deyib.
Məlumat üçün bildirək ki, insan hüquqlarını müdafiə edən təşkilatların bəyanatına əsasən, İranda bir həftə ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub. Bütün ölkədə nümayişlər inflyasiyanın kəskin artması səbəbilə başlayıb və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakı toqquşmalara çevrilib.