Donald Tramp – İranın nüvə silahı ola bilməz və əgər olsa, hamı çox narazı qalacaq
Donald Tramp ABŞ və İran arasında yüksək səviyyəli danışıqların ikinci raundu öncəsi bir daha bəyan edir ki, İranın nüvə silahı ola bilməz.
“Mən çox sadə şəkildə İranın nüvə silahına sahib olmamasının tərəfdarıyam. İranın böyük, firavan və möhtəşəm olmasını istəyirəm. İranın nüvə silahı ola bilməz və əgər nüvə silahları olsa, çox narazı qalacaqsınız, hamı çox narazı qalacaq” – Tramp bildirib.
ABŞ və İran arasında ikinci dolayı danışıqlar Omanın vasitəçiliyi ilə aprelin 19-da Romada keçiriləcək.
Ağ Evin administrasiyası İrandan uranın zənginləşdirilməsi və nüvə silahının inkişafı proqramının ləğv edilməsini tələb edir.