Donald Tramp İranın hərbi cəhətdən məhv edildiyini və Vaşinqtonun Hörmüz boğazının açılması ilə əlaqədar "əla razılaşmalar" bağladığını bildirir
ABŞ Prezidenti Donald Tramp İranın hərbi cəhətdən məhv edildiyini və Vaşinqtonun Hörmüz boğazının açılması ilə əlaqədar “əla razılaşmalar” bağladığını bildirir.
Ağ Evdə Oval kabinetdə keçirilən tədbirdə Tramp İranın “heç bir şansının olmadığını və heç vaxt olmadığını” bildirib.
ABŞ Prezidentinin sözlərinə əsasən, İran rəhbərliyi bunu şəxsən ona söhbət zamanı etiraf edir, lakin mediaya bunun əksini deyir.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Amerika blokadası effektiv şəkildə işləyir, çünki boğazdan heç bir İran gəmisi keçməyib.
“İran razılaşma bağlamaq istəyir. Onlar oynayırlar, lakin sizə deyim ki, onlar razılaşma bağlamaq istəyirlər” – Donald Tramp qeyd edir.
Hörmüz boğazı məsələsi haqda danışarkən Tramp Cənubi Koreya və Yaponiya ilə onun açılması ilə əlaqədar vacib razılaşmalar bağladığını bildirib. Donald Tramp həmçinin gələn həftə keçiriləcək Çin Prezidenti Si Dzinpinlə planlaşdırılan görüşü müsbət qiymətləndirib.