Donald Tramp – İranın gözəl hərbi dəniz donanması var idi, adamlarıma biraz əsəbiləşdim, dedim ki, niyə bu lənətə gəlmiş gəmiləri xilas etmədiniz, kifayət qədər yaxşı idilər, onlar indi dənizin dibindədirlər
ABŞ Prezidenti Donald Tramp İranın “kifayət qədər yaxşı” donanmasının dənizin dibinə batırılmasına görə “biraz əsəbiləşdiyini” bildirib. Tramp bu barədə Florida ştatının Deytona-Biç şəhərində keçirilən seçki kampaniyası zamanı açıqlayıb.
O bildirib ki, ABŞ İranın bütün hərbi dəniz donanmasını, 159 gəmisini məhv edib.
“Onların gözəl hərbi dəniz donanması var idi, 159 gəmi. Onların hər bir gəmisi, onların gözəl hərbi dəniz donanması. Əslində, adamlarıma biraz əsəbiləşdim. Dedim ki: „Niyə bu lənətə gəlmiş gəmiləri xilas etmədiniz? Onlar kifayət qədər yaxşı idilər“. Onları məhv etmək daha asandır. Onların hamısı dənizin dibindədir” — Tramp açıqlayıb.