Donald Tramp İranın blokadasının nüvə razılaşmasına nail olunana qədər davam edəcəyini bildirir
Donald Tramp İranın blokadasının nüvə razılaşmasına nail olunana qədər davam edəcəyini bildirir

 

ABŞ Prezidenti Donald Tramp İranın blokadasının nüvə razılaşmasına nail olunana qədər davam edəcəyini bildirir. ABŞ Prezidenti bu haqda İsrailin “12-ci kanalı”na açıqlayıb.

O, dəniz blokadasının bombardmandan “daha təsirli” olduğunu və İranın “boğulduğunu” bildirib.

Prezident əmin edir ki, İran indi blokadanı qaldırmaq üçün həqiqətən razılaşmaya ehtiyac duyur.

Tramp qeyd edir ki, İran neft ixrac edə bilməsə, onun enerji infrastrukturu “tezliklə partlayacaq”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın genişləndirilmiş blokadasına hazırlaşmaq tapşırığı verib. “Wall Street Journal” nəşri qeyd edir ki, son görüşlər zamanı Tramp İranın iqtisadiyyatına və neft ixracına təzyiq göstərməyə davam etmək qərarına gəlib.

Bununla yanaşı, “Wall Street Journal”ın məlumatına əsasən, İran ABŞ-nin İran limanlarına qarşı blokadasını dayandırması müqabilində Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşmaya razı ola biləcəyinə və nüvə proqramı ilə bağlı danışıqların təxirə salına biləcəyinə işarə edib. Medianın məlumatına əsasən, Tramp İranın müharibəyə son qoymaq təklifini qəbul etməsi ehtimalının az olmasına işarə edib.