Donald Tramp İranı cavab zərbəsi ilə hədələyir – “Onların dərsini verəcəyik, çox güclü zərbə vuracağıq”

20:55, 29.07.2026

 

ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib ki, İran tərəfindən həyata keçirilən və Amerika qüvvələri tərəfindən zərərsizləşdirilən raket hücumuna sərt cavab veriləcək.

“Onların dərsini verəcəyik, çox güclü zərbə vuracağıq” – Tramp bildirib.

Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar İran tərəfindən dəstəklənən şiə qruplaşmalarına qarşı ABŞ və Səudiyyə Ərəbistanının birgə həyata keçirdiyi zərbələrdən əvvəl addımlarını İraq hakimiyyəti ilə qabaqcadan razılaşdırıb.

Amerika Prezidenti qeyd olunan qruplaşmaları “dünyanın xərçəngi” adlandırıb və regionda hərbi əməliyyatların İranın dəstəklədiyi digər qruplaşmalara qarşı da keçirilməsini istisna etmədiyini bildirib.

Oxşar