Donald Tramp – İrana kiçik bir xəbərdarlıq etdim, ehtimal ki, bu gecə də güclü zərbələr endirəcəyik

19:46, 08.07.2026

 

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, ABŞ dünən gecə İrana çox güclü zərbə endirib və böyük ehtimalla, bu gecə də ölkəyə zərbə endirəcək.

“Onlar boğazda olan və orada olmağa tam haqqı olan gəmilərə bir neçə dron və bir raket atıblar. Ona görə də dünən gecə onlara çox güclü zərbə endirdik. Bu, çox yaxşı zərbə idi. Ehtimal ki, bu gün gecə də onlara güclü zərbə endirəcəyik. Mən onlara kiçik bir xəbərdarlıq etdim, bu gecə də onlara güclü zərbə endirəcəyik” – Donald Tramp qeyd edib.

O, ABŞ və İran arasında ümumiyyətlə razılaşmanın əldə olunub-olunmayacağını bilmədiyini deyib.

“Bizim razılaşmamız nüvə silahına sahib olma yolunda bir səddir, onların sazişi isə nüvə silahına aparan yol idi. Bizim razılaşmamız çərçivəsində onlar heç vaxt nüvə silahı yarada bilməzdilər. Lakin ümumiyyətlə razılığa gəlib-gəlməyəcəyimizi bilmirəm. Ola bilsin, bütün bunları razılaşma olmadan da edəcəyik, çünki nəyin daha asan olduğunu özünüz də bilirsiniz” — ABŞ Prezidenti bildirib.

Oxşar