Donald Tramp - İrana hücum vacib idi, belə olmasaydı, indi nüvə silahına sahib olacaqdılar və razılaşmanı imzalasaydıq, onun üzərində böyük qara bulud olacaqdı
Donald Tramp - İrana hücum vacib idi, belə olmasaydı, indi nüvə silahına sahib olacaqdılar və razılaşmanı imzalasaydıq, onun üzərində böyük qara bulud olacaqdı

 

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, hər bir amerikalı ABŞ-nin İsrail və “HƏMAS” arasında razılaşmanın əldə edilməsində rolu ilə qürur duymalıdır.

O bildirib ki, ABŞ-nin İrana hücumu “böyük qara bulud”u aradan qaldırmaqla bölgədə sülhün bərqərar olması yolunu açıb.

“Düşünürəm ki, İrana hücum çox vacib idi, çünki bu baş verməsəydi, yəqin ki, indi nüvə silahına, çoxlu nüvə silahına sahib olacaqdılar və buna görə də o zaman belə razılaşmanı imzalasaydıq, onun üzərində böyük qara bulud olacaqdı və bu eyni vəziyyət olmayacaqdı” – Tramp bildirib.

Trampın bəyanatına əsasən, İran “indi sülh üzərində çalışmaq istəyir”.

“Onlar bizi məlumatlandırdılar və bu razılaşma ilə tam şəkildə razılaşdıqlarını etiraf etdilər. Onlar bunun əla bir şey olduğunu düşünürlər. İstərdik ki, onlar da öz ölkələrini bərpa edə bilsinlər, lakin nüvə silahına malik ola bilməzlər” – Tramp bildirib.

Məlumat üçün bildirək ki, cari ilin iyunun 22-də İsrail və İran arasında hava zərbələri zamanı ABŞ İranda bir neçə mühüm nüvə obyektini bombalayıb.