Donald Tramp – İrana güclü zərbə endirəcəyik, cavab olacaq

18:08, 31.08.2026
US President Donald Trump speaks to the press outside the Oval Office at the White House in Washington, DC, on April 13, 2026. Trump refused to apologize Monday for criticizing Pope Leo XIV, after the pontiff called for an end to violence in the Iran war. "There's nothing to apologize for. He's wrong," Trump told reporters, a day after a social media post and comments slamming the US-born pope. (Photo by Brendan SMIALOWSKI / AFP)

Biz İrana güclü zərbə endirəcəyik, cavab olacaq – bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a bildirib.

ABŞ Prezidenti İranın İordaniyada həyata keçirdiyi hücuma münasibət bildirib.

Trampın sözlərinə əsasən, ABŞ qüvvələri bir raketin hava hücumundan müdafiə sistemindən keçməsinə imkan veriblər, çünki o, heç nəyi vurmayacaqdı, digər raketləri isə vurub salıblar.

“Onlar görüşməyi çox istəyirlər. Sadəcə bilmirəm, onlarla razılaşmaya ümid edə bilərikmi yoxsa yox. Sanksiyalar çox güclü təsir göstərir” – Donald Tramp qeyd edib.

Paralel olaraq, Donald Tramp sosial şəbəkədə yazır ki, İran rəsmi olaraq uğursuzluğa düçar olmuş millətdir və o, ölüdür.

“Onların hərbi dəniz qüvvələri yoxdur, hərbi hava qüvvələri yoxdur, valyutaları yoxdur, əsgərlərə və polisə maaş ödəmirlər, inflyasiya 300%-dir, onların rəhbərliyi tam qarışıqlıq içindədir və ölkəni lazımi səviyyədə təmsil edə bilmir. Onların malik olduğu yeganə şey ABŞ-dan gələn saxta xəbərlər, öz etirazçılarını öldürməyə hazır olmaqdır (indi 100 000-dən çox insan həlak olub. Onlar bəşəriyyətə qarşı müharibə cinayətlərinə görə mühakimə olunmalıdırlar!)” – Trampın bəyanatında qeyd olunub.

Oxşar