Donald Tramp – İrana qarşı daha bir balaca “Epik Qəzəb” təşkil edə bilərik, İrandan qayıtdıqdan sonra Kuba məsələsinə də baxacağıq
U.S. President Donald Trump holds a press conference in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etməyib.
“Mümkündür ki, daha bir balaca “Epik Qəzəb” təşkil edə bilərik” – Tramp Floridada keçirilən seçkiqabağı tədbirdə açıqlayıb.
Bununla yanaşı, Trampın bəyanatına əsasən, İranla əlaqəli məsələlər həllini tapdıqdan sonra Birləşmiş Ştatlar Kuba məsələsinin də qayğısına qalacaq və yekun sazişin bağlanması məqsədilə dövlət katibi Marko Rubionu ezam edəcək.
“İrandan qayıtdıqdan sonra Kuba məsələsinə də baxacağıq. Sazişi rəsmiləşdirmək üçün dövlət katibi Marko Rubionu ezam edəcəyik” – Tramp açıqlayıb.