Donald Tramp İrana edilmiş hava hücumunun nəticələri haqqında yayılan məlumata görə Amerika mediasını tənqid edib
ABŞ Prezidenti Donald Tramp İrana edilmiş hava hücumunun nəticələri haqqında yayılan məlumata görə Amerika mediasını tənqid edib.
“Saxta xəbərlərin “CNN”i və uğursuz “New York Times” tarixdə ən uğurlu hərbi hücumlardan birini təhqir etmək cəhdində birləşdilər. İranda nüvə obyektləri tamamilə məhv edilib! Həm “Times”, həm də “CNN” cəmiyyətin sərt tənqidi ilə üzləşəcəklər!” – Tramp sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, bundan əvvəl “CNN” hesabat yaymışdı, hesabatda qeyd olunub ki, ilkin kəşfiyyat qiymətləndirməsinə əsasən, ABŞ-nin hava hücumları İranın nüvə proqramını ola bilsin cəmi bir neçə ay geriyə çəkə bilər. Ağ Evin mətbuat katibi Kerolayn Levit “CNN”in hesabatını “tamamilə yalan” adlandırıb, lakin onun mövcudluğunu təsdiqləyib.