Donald Tramp - İran zənginləşdirilmiş uranın verilməsinə razılıq verərsə, müharibə bitəcək, əgər razılaşmasa - bombalayacağıq
ABŞ Prezidenti Donald Tramp “PBS News” ilə telefon söhbətində İranla razılaşmaya nail olmaq imkanı ilə əlaqədar nikbinliyini ifadə edib. Donald Tramp danışıqların son mərhələyə yaxınlaşdığını bildirib.
“Düşünürəm ki, yenidən sövdələşmə bağlamaq üçün çox yaxşı şansımız var. Əgər bu baş verməsə, köhnə yola qayıdacağıq” – Tramp bildirib.
ABŞ Prezidenti razılaşmanın zənginləşdirilmiş uranın Amerika Birləşmiş Ştatlarına verilməsini nəzərdə tutduğunu təsdiqləyib.
“Əgər razılıq versələr – bu, bitəcək, əgər razılaşmasalar – bombalayacağıq” – o, qeyd edib.
Bununla yanaşı, Donald Tramp gələn həftə Çinə səfərindən əvvəl razılaşma bağlanılacağını istisna etməyib.
“İdeal olardı. Məcburi deyil, lakin ideal olardı” – ABŞ Prezidenti bildirib.