Donald Tramp: İran “yuxulu Baydenin prezidentliyi” dövründə haqsız yerə saxlanılan ABŞ vətəndaşına ölkəni tərk etməyə icazə verib, ABŞ bu xoşməramlı addıma görə İrana təşəkkür edir

13:10, 16.07.2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran onun sözlərinə görə, 2024-cü ilin dekabrından etibarən haqsız yerə saxlanılan amerikalı vətəndaşın azad edilməsinə razılıq verib.

“İran hakimiyyəti 2024-cü ilin dekabrında, yuxulu Co Baydenin “prezidentliyi” dövründə haqsız yerə saxlanılan ABŞ vətəndaşına ölkəni tərk etməyə icazə verib. O, hazırda İran ərazisindən kənarda təhlükəsiz vəziyyətdədir və özünü yaxşı hiss edir. ABŞ bu xoşməramlı addıma görə İrana təşəkkür edir”, – deyə Tramp sosial şəbəkədə yazıb.

CNN-in məlumatına görə, azad edilən vətəndaşın adı Dena Kararidir. Onun vəkili Cared Genser bildirib ki, Kararinin İranı tərk etməsi, həm davam edən müharibə, həm də onun ağır sağlamlıq vəziyyəti nəzərə alınarsa, əsl möcüzə kimi görünür.

Vəkilin sözlərinə görə, 53 yaşlı Karari ötən həftə ürək tutması keçirib.

Oxşar