Donald Tramp: İran nümayəndələri razılaşmanın imzalanmasını xahiş edirlər, amma açıq şəkildə hələ də bizim təklifimizi nəzərdən keçirdiklərini bildirirlər. Daha yaxşı olar ki, məsələyə ciddi yanaşsınlar

İran nümayəndələri razılaşmanın imzalanmasını xahiş edirlər, amma açıq şəkildə hələ də bizim təklifimizi nəzərdən keçirdiklərini bildirirlər,” – ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

Tramp İran nümayəndələrini “qəribələr” adlandırıb.

Donald Trampın sözlərinə görə, daha yaxşı olar ki, onlar məsələyə ciddi yanaşsınlar.

“Onlar razılaşmanın bağlanmasını ‘xahiş edirlər’. Bu düzgündür, çünki hərbi baxımdan məğlub edilib və bərpa olunmaq şansı yoxdur, amma açıq şəkildə hələ də deyirlər ki, sadəcə ‘təklifimizi nəzərdən keçirirlər’. Bu düzgün deyil! Daha yaxşı olar ki, məsələyə ciddi yanaşsınlar, gecikməsinlər, çünki gecikdikdə geri dönüş yolu olmayacaq,” – deyə Donald Tramp sosial şəbəkədə yazıb.