Donald Tramp – İran çox ağır zərər gördü, hərbi baxımdan demək olar ki, hər şeyi itirdilər, çox az şeyləri qaldı, görəcəyik nə olacaq, gecə də güclü zərbə vurduq
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı zərbələrin İordaniya və İraqda həlak olmuş amerikalı hərbçilərin xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirildiyini bildirib.
Tramp jurnalistlərə həlak olan hərbçilərə görə məyus olduğunu bildirib, lakin onun sözlərinə əsasən, “böyük vətənpərvərlər” İranın nüvə silahına sahib olmaması üçün mübarizə aparırdılar.
ABŞ prezidentinin qiymətləndirməsinə əsasən, İranın hərbi baxımdan praktiki olaraq heç nəyi qalmayıb. O, Tehranın yalnız az miqdarda raket imkanlarının olduğunu, boğaza nəzarətin isə ABŞ-nin əlində olduğunu bildirib.
“Biz özümüzü çox pis hiss edirik, lakin bilirsiniz, bu möhtəşəm insanlar, möhtəşəm vətənpərvərlər orada İranın nüvə silahına sahib olmaması üçün mübarizə aparırlar. İran çox ağır zərər gördü, hərbi baxımdan demək olar ki, hər şeyi itirdilər. Çox az şeyləri qaldı. Müəyyən sayda raketləri, müəyyən sayda dronları var. Boğaza biz nəzarət edirik. Beləliklə, görəcəyik nə olacaq. Gecə də çox güclü zərbə vurduq. Bunu üç möhtəşəm vətənpərvərin xatirəsinə ehtiram əlaməti olaraq etdik” – Donald Tramp jurnalistlərlə söhbətində qeyd edib.