Donald Tramp – İran çox ağır vəziyyətdədir və sonda təslim olacaq. Son bir neçə gün ərzində Hörmüz boğazından indiyədək olduğundan daha çox neft ixrac etmişik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran „çox ağır vəziyyətdədir“ və ölkənin sonda „təslim olacağını“ deyib. Bununla yanaşı, Tramp bunun dərhal baş verib-verməyəcəyini bilmədiyini qeyd edib.
Jurnalistlərə açıqlamasında Tramp İranın nüvə silahına sahib olmaq imkanının olmayacağını bildirib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, son günlər Hörmüz boğazından indiyədək olduğundan daha çox neft ixrac ediblər. Onun sözlərinə görə, bu göstərici hətta müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə də daha yüksəkdir.
„Onlar çox ağır vəziyyətdədirlər. Bilmirəm, hələ təslim olacaqlarmı, amma təslim olacaqlar. Lakin onlar çox ağır vəziyyətdədirlər. Bilirsiniz, son bir neçə gün ərzində Hörmüz boğazından tarixdə heç vaxt olmadığı qədər çox neft ixrac etmişik. Hətta nüvə silahının qarşısını almaq məqsədilə müharibənin hələ başlamadığı dövrlə müqayisədə də. Bu müharibə məhz nüvə silahının qarşısını almaq üçün aparılır. İranın nüvə silahı olmayacaq“, – deyə Tramp bildirib.