Donald Tramp – İran İslam Respublikası ilə heç bir danışıq və ya söhbət aparılmır və planlaşdırılmır
Donald Tramp bildirir ki, hazırda Vaşinqton Tehranla danışıqlar aparmır. Ağ Evin lideri, ABŞ-nin İranın dəniz blokadasını davam etdirdiyini, Hörmüz boğazının isə gəmiçilik üçün açıq olduğunu deyib.
“İran İslam Respublikası ilə heç bir danışıq və ya söhbət aparılmır və planlaşdırılmır. Dəniz blokadası tam gücü ilə qüvvədə qalır. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları çıxarılıb və ya zərərsizləşdirilib” – o, sosial şəbəkədə yazır.
Buna qədər isə Donald Tramp sosial şəbəkədə paylaşdığı şəkildə Hörmüz boğazından “ABŞ-nin yeni ərazisi” kimi bəhs edib.