Donald Tramp – İran hər dəfə amerikalı hərbçini öldürdükdə, bunun əvəzini daha böyük qiymətlə ödəyəcək

22:33, 20.07.2026

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, gələcəkdə İran amerikalı hərbçini öldürərsə, bunun əvəzini daha ağır ödəyəcək. Ağ Ev rəhbərinin sözlərinə görə, o, bununla bağlı müvafiq göstəriş verib.
“İran hər dəfə amerikalı hərbçini öldürəndə bunun üçün daha böyük qiymət ödəyəcək! Bu göstəriş müharibə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Deniel Keynə və hərbi sahədəki bütün rəhbərlərə çatdırılıb”, – deyə Tramp yazıb.
Xatırladaq ki, bazar günü məlum olub ki, İranın İordaniyada yerləşən ABŞ Hərbi Hava Qüvvələri bazasına hücumu nəticəsində iki amerikalı hərbçi – 25 yaşlı Havay sakini Tayler Ceyms Fihan və 19 yaşlı Texas sakini İzabella Qonsales həlak olub.
Hərbçilərin cənazələrinin ABŞ-a gətirilməsi mərasimində Donald Trampın da iştirak edəcəyi bildirilir.

Oxşar