Donald Tramp İran gəmiləri ABŞ tərəfindən tətbiq edilən blokadanı pozarsa, onları məhv edəcəyinə dair Tehrana xəbərdarlıq edir
ABŞ Prezidenti Donald Tramp İran gəmiləri ABŞ tərəfindən tətbiq edilən blokadanı pozarsa, onları məhv edəcəyinə dair Tehrana xəbərdarlıq edir.
Ağ Evin liderinin sosial şəbəkədə yazdığı kimi, ABŞ İran donanmasının 158 gəmisini artıq məhv edib.
“İranın dəniz qüvvələri dənizin dibindədir, tamamilə məhv edilib – 158 gəmi. Biz onların azsaylı, dırnaqarası sürətli hücum gəmilərinə zərbə vurmadıq, çünki onları böyük təhlükə hesab etmədik. Xəbərdarlıq: əgər bu gəmilərdən hər hansı biri bizim blokadaya yaxınlaşsa, dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni sistemlə dərhal məhv ediləcək. Bu, sürətli və amansız proses olacaq. P.S. ABŞ-a okean və ya dəniz yolu ilə daxil olan narkotiklərin 98.2%-i dayandırılıb!” – Tramp yazır.
Məlumat üçün bildirək ki, ABŞ tərəfindən elan edilən İranın dəniz blokadası qısa müddət əvvəl qüvvəyə minib. ABŞ Mərkəzi Komandanlığı bəyan edir ki, blokada zonasına icazəsiz daxil olan və ya oradan çıxan istənilən gəmi saxlanılacaq, istiqaməti dəyişdiriləcək və ələ keçiriləcək.