Donald Tramp - İran danışmaq istəyir, mən danışıqlara tələsmirəm
Donald Tramp - İran danışmaq istəyir, mən danışıqlara tələsmirəm

 

ABŞ Prezidenti Donald Tramp bildirir ki, Tehran Amerika ilə danışıqlara qoşulmağa ümid edir, lakin onun özü İranla danışmağa tələsmir.

Jurnalist Trampa İranla danışıqların irəliləyişi haqda sual verib.

“Onlar danışmaq istəyirlər. Danışıqlara tələsmirəm, çünki biz onların obyektlərini məhv etmişik. Onlar hər şeyi başdan başlamalıdırlar. Doğrusu, onlar o qədər məhv olublar ki, artıq istifadə olunmurlar” – Tramp bildirib.