Donald Tramp - İran bizimlə oynamağı ümumiyyətlə xoşlamır
Donald Tramp - İran bizimlə oynamağı ümumiyyətlə xoşlamır

 

İran bizimlə oynamağı ümumiyyətlə xoşlamır – bu haqda Donald Tramp Ağ Evdə media nümayəndələrinə açıqlayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları İranın hərbi qüvvələrini iki həftəyə məhv edib.

“İran bizimlə oynamağı ümumiyyətlə xoşlamır. Bunu zamanla görəcəksiniz. Əslində, biz onların hərbi qüvvələrini təxminən iki həftəyə məhv etdik” – Tramp bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib.

“Onlar xəstədirlər və biz dəli insanların nüvə silahına sahib olmasına icazə vermək niyyətində deyilik. Mən nüvə silahının gücündən belə danışmaq istəmirəm, lakin bu, baş verməyəcək. Biz onları dəhşətli şəkildə məğlub etdik” – o, qeyd edib.