Donald Tramp: “İran bizim istədiyimiz cür razılığa gəlmir, bu işi layiqincə həll edəcəyik
Donald Tramp bəyan edir ki, ABŞ-ın İranla qarşıdurmada üstünlüyü var və işi sona qədər aparacaq.
Trampın sözlərinə görə, Tehran Vaşinqton üçün qəbuledilən razılığa gəlmir.
“Biz sadəcə qalib gəlirik. Əgər bu döyüş olsaydı, artıq dayandırılmış olardı. Bu ifadəni başa düşürsünüz? Bu həqiqətdir. Onlar bizim istədiyimiz razılığa getmirlər. Biz bu işi layiqincə həll edəcəyik. Biz erkən çıxmağı planlaşdırmırıq ki, üç ildən sonra yenidən bu problemin qarşısında qalmaq məcburiyyətində qalaq”, – deyə ABŞ prezidenti bildirib.