Donald Tramp - İran Amerika Birləşmiş Ştatları ilə razılaşma istəyir, bir neçə dəfə zəng ediblər, danışmaq istəyirlər
Donald Tramp - İran Amerika Birləşmiş Ştatları ilə razılaşma istəyir, bir neçə dəfə zəng ediblər, danışmaq istəyirlər

 

ABŞ Prezidenti Donald Trampın bəyanatına əsasən, İran Amerika Birləşmiş Ştatları ilə gərginliyi diplomatik yolla həll etməkdə maraqlıdır.

Bu haqda Donald Tramp “Axios”a müsahibəsində bildirib.

O, İranla bağlı vəziyyətin “dəyişkən” olduğunu deyib.

“İranın yanında böyük hərbi donanmamız var. Venesuelanın yanındakından daha böyük. Onlar razılaşma istəyirlər, mən bunu bilirəm. Bir neçə dəfə zəng ediblər. Danışmaq istəyirlər” – Donald Tramp qeyd edib.

“Axios” mənbələrə istinadən yazır ki, Donald Tramp İrana zərbə endirmək barədə hələ qərar verməyib.

Bununla yanaşı, nəşrin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Prezidenti cari həftə öz milli təhlükəsizlik komandası ilə əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.