Donald Tramp – İran ABŞ-nin aralıq seçkiləri öncəsi neftin qiymətini qaldırmaq üçün hər şey edir

22:03, 22.10.2026

 

İran ABŞ-nin aralıq seçkiləri öncəsi neftin qiymətini qaldırmaq üçün hər şey edir – bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Tramp bildirib ki, iranlılar hücumlar, minalar və hər şey haqqında hekayələr uydururlar, çünki hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlkindən daha çox neft keçir.

“Onlar etirazçıları və yollarına çıxan istənilən insanı öldürməyə davam edirlər. Bu, həqiqətən qəddar rejimdir və yalnız ümid edə bilərəm ki, Amerika ictimaiyyəti və bütün dünya onların nə dərəcədə qəddar olduqlarını dərk edəcəklər! Yeddi aydan az bir müddətdə 75 000 etirazçı həlak olub. Dünya və Demokratlar Partiyasının buna heç əhəmiyyət verməməsi şokedicidir. İranın heç vaxt nüvə silahı olmamalıdır və onun heç vaxt nüvə silahı olmayacaq!” – ABŞ Prezidenti qeyd edib.

Oxşar