Donald Tramp - İndicə mənə bu gün axşam İranda ölümlə cəzalandırılması planlaşdırılan səkkiz iranlı qadının artıq öldürülməyəcəyi barədə məlumat verildi
İndicə mənə bu gün axşam İranda ölümlə cəzalandırılması planlaşdırılan səkkiz iranlı qadının artıq öldürülməyəcəyi barədə məlumat verildi – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
ABŞ Prezidentinin bəyan etdiyi kimi, qadınlardan dördü dərhal azadlığa buraxılacaq, dördü isə bir ay həbs cəzasına məhkum ediləcək.
“Çox yaxşı xəbər! İndicə mənə bu gün axşam İranda ölümlə cəzalandırılması planlaşdırılan səkkiz iranlı etirazçı qadının artıq öldürülməyəcəyi barədə məlumat verildi. Dördü dərhal azadlığa buraxılacaq, dördü isə bir ay həbs cəzasına məhkum ediləcək. İran və onun liderlərinin Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi xahişimə hörmət etmələrini və planlaşdırılan ölüm cəzasını dayandırmalarını çox təqdir edirəm” – Tramp yazır.