Donald Tramp - İndicə Çin Prezidenti ilə çox yaxşı telefon danışığını bitirdim, bu yaxınlarda əldə etdiyimiz və razılaşdırdığımız ticarət sazişinin bəzi detallarını müzakirə etdik
Donald Tramp - İndicə Çin Prezidenti ilə çox yaxşı telefon danışığını bitirdim, bu yaxınlarda əldə etdiyimiz və razılaşdırdığımız ticarət sazişinin bəzi detallarını müzakirə etdik

 

ABŞ Prezidenti Donald Tramp Çinin lideri Si Dzinpinlə telefonla danışıb.

Trampın yazdığı kimi, ticarət məsələlərinə toxunulub və hər iki ölkə üçün müsbət nəticə ilə yekunlaşıb.

Tərəflər iki ölkənin müvafiq komandalarının yaxın gələcəkdə görüşəcəyi barədə razılığa gəliblər.

“İndicə Çin Prezidenti Si Dzinpin ilə çox yaxşı telefon danışığını bitirdim, bu yaxınlarda əldə etdiyimiz və razılaşdırdığımız ticarət sazişinin bəzi detallarını müzakirə etdik. Telefon danışığı təxminən bir saat yarım davam etdi və hər iki ölkə üçün çox müsbət nəticə ilə başa çatdı. Nadir faydalı qazıntıların çətinliyi ilə əlaqədar artıq suallar olmamalıdır. Müvafiq komandalarımız tezliklə hələ müəyyən edilməmiş yerdə görüşəcəklər. Xəzinədarlıq katibi Skot Besent, ticarət katibi Hovard Lutnik və ABŞ-nin ticarət nümayəndəsi, səfir Ceymison Qrir ilə təmsil olunacağıq” – Donald Tramp yazır.

ABŞ Prezidenti bildirib ki, Si Dzinpin onu və ABŞ-nin birinci xanımını Çinə dəvət edib, Tramp buna oxşar təkliflə cavab verib.

Bundan əlavə, Tramp çinli həmkarı ilə söhbət zamanı Rusiya-Ukrayna və İran məsələlərinin müzakirə olunmadığını qeyd edib.

“İki böyük millətin prezidentləri olaraq hər ikimiz bunu səbirsizliklə gözləyirik. Söhbət demək olar ki, bütünlüklə ticarətə fokuslanmışdı. Rusiya-Ukrayna və ya İranla bağlı heç nə müzakirə olunmayıb. Biz yaxın gələcəkdə planlaşdırılan görüşün qrafiki və yeri barədə mediaya mütləq məlumat verəcəyik. Bu məsələyə diqqətinizə görə təşəkkür edirik!” – Tramp yazır.