Donald Tramp - İndi yəqin ki, hamı rahat nəfəs alacaq, mən güc tətbiq etməyəcəyəm, ABŞ Qrenlandiya adlı yeri tələb edir
ABŞ Prezidenti Donald Tramp həddindən artıq güc tətbiq etməyəcəyini bildirir.
ABŞ Prezidenti bu haqda Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Əgər həddindən artıq güc tətbiq etmək qərarına gəlməsəm, heç nə ala bilməyəcəyik. Bu halda, bizi dayandırmaq mümkün olmayacaq, lakin mən bunu etməyəcəyəm. İndi yəqin ki, hamı rahat nəfəs alacaq. Bu, ehtimal ki, verdiyim ən böyük bəyanatdır, çünki insanlar güc tətbiq edəcəyimi düşünürdülər. Mən güc tətbiq etməyə ehtiyac duymuram, güc tətbiq etmək istəmirəm və güc tətbiq etməyəcəyəm. ABŞ-nin tələb etdiyi hər şey, artıq sahib olduğumuz və İkinci Dünya Müharibəsində almanları, yaponları və digərlərini məğlub etdikdən sonra Danimarkaya qaytardığımız Qrenlandiya adlı yerdir. Biz o zaman böyük güc idik, lakin birinci müddətimdə hərbi qüvvələrimizi bərpa etdikdən və bunu indi də etməyə davam etdikdən sonra indi daha böyük bir gücük. Hərbi büdcəmiz 1,5 trilyon dollardır” – Tramp bildirib.