İndi Çin İrandan neft almağa davam edə bilər – bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Ümid edirəm, onlar ABŞ-dan da çoxlu neft alacaqlar. Bu addımı atmaq mənim üçün böyük şərəf idi”, – ABŞ prezidenti sosial şəbəkədə yazıb.
Donald Tramp bildirib ki, onun müdaxiləsi nəticəsində İsrail və İran atəşkəs barədə razılığa gəliblər.
Ötən il Çin tərəfindən İrandan alınan neftin orta həcmi gündəlik 1.48 milyon barel təşkil edib.