Donald Tramp - İnanıram ki, biz Ukrayna və Rusiyanın liderlərinin bir araya gələrək razılığa nail ola biləcəyi mərhələdəyik, əgər bunu etməsələr, axmaq olarlar
Donald Tramp - İnanıram ki, biz Ukrayna və Rusiyanın liderlərinin bir araya gələrək razılığa nail ola biləcəyi mərhələdəyik, əgər bunu etməsələr, axmaq olarlar

 

İnanıram ki, biz Ukrayna və Rusiyanın liderlərinin bir araya gələrək razılığa nail ola biləcəyi mərhələdəyik – bu haqda ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda deyib.

Trampın sözlərinə əsasən, Vladimer Putin və Volodimir Zelenski arasında “böyük nifrət” var, lakin hər iki tərəf “razılaşma bağlamaq istəyir”.

“Bu, çox çətin tarazlıqdır. Bu, qan tökülməsidir, baş verənlər dəhşətlidir, bu, dronların müharibəsidir. Biz bunu dayandırmalıyıq. İnanıram ki, onların bir araya gələrək razılığa nail ola biləcəyi mərhələdəyik. Əgər bunu etməsələr, axmaq olarlar. Mən heç kimi təhqir etmək istəmirəm, lakin bu razılaşma həyata keçirilməlidir” – ABŞ Prezidenti qeyd edib.