Donald Tramp ilk səfərinin Fransaya olacağını və Notr-Damın açılışında iştirak edəcəyini bildirir
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp prezident kimi ilk səfərinin Fransaya olacağını və Notr-Damın açılışında iştirak edəcəyini bildirir.
Trampın qeyd etdiyi kimi, dekabrın 7-də Parisdə Məryəm ana məbədinin açılışında iştirak edəcək.
“Emmanuel Makron Məryəm ana məbədinin tam əzəmətinin və daha çoxunun təmin edilməsi üçün əla iş görüb. Bu, hamı üçün olduqca xüsusi gün olacaq” – Tramp sosial şəbəkəsində yazır.
Xatırladaq ki, “UNESCO”nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Parisin Məryəm ana məbədi 2019-cu ilin aprel ayında yanğın nəticəsində zərər gördü.