Donald Tramp İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib - Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla həlli ABŞ ilə əməkdaşlıq üçün daha çox imkan yaradacaq
Donald Tramp İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib - Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla həlli ABŞ ilə əməkdaşlıq üçün daha çox imkan yaradacaq

 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Məktubun məzmununu Azərbaycanın Prezident Administrasiyası yayır.

“Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istərdim. Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında və qonşunuzla sülhə nail olmaq istiqamətində işdə Amerika Birləşmiş Ştatları ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk.

Diplomatik münasibətlərin otuz ildən artıq tarixi ərzində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib və biz ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq, iqtisadi tərəfdaşlıq və energetikanın inkişafı üzrə əməkdaşlığın davamını səbirsizliklə gözləyirik.

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhü yenə də dəstəkləyir. Münaqişənin dinc yolla həlli Cənubi Qafqazda rifaha kömək edəcək və Birləşmiş Ştatlarla əməkdaşlıq üçün daha çox imkan yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün rifahın yeni dövrünə başlamağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklərdə daha dərin tərəfdaşlığı səbirsizliklə gözləyirik” – məktubda deyilir.