Donald Tramp iqtisadiyyatda milli fövqəladə vəziyyət elan edib
Rüsumların tətbiq edilməsi üçün geniş səlahiyyəti təmin etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp iqtisadiyyatda milli fövqəladə vəziyyət elan edib.
Trampın bəyanatına əsasən, Amerika mallarını məmnuniyyətlə satan, lakin Amerika istehsalı olan malları cazibəsiz və qeyri-rəqabətli etmək üçün ticarət maneələri qoyan xarici ölkələr ABŞ-la qeyri-müvafiq rəftar edirlər.
“CNN”in yazdığı kimi, Amerikanın ticarət kəsiri göstəricisinə əsasən, 2024-cü ildə Amerika Birləşmiş Ştatları ixrac etdiyindən 1.2 trilyon dollar çox mal idxal edib, bu isə rekord göstəricidir. Lakin, iqtisadçılar razılaşırlar ki, əmtəə ticarət kəsiri Amerikanın ticarət tərəfdaşları ilə iqtisadi əlaqələrini tam əks etdirmir.