Donald Tramp: Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik. İran iqtisadiyyatı isə tamamilə çökür. İran xalqı nə vaxt rejimə qarşı çıxıb mübarizə aparmağa başlayacaq?

10:14, 02.09.2026

ABŞ Prezidenti Donald Tramp bildirir ki, İranla danışıqları bərpa etməyə çalışmır və hazırkı vəziyyət Vaşinqton üçün daha əlverişlidir.
Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada “ABC News”un ABŞ-ın İranı danışıqlar masasına qaytarmağa çalışdığı barədə yaydığı məlumatı təkzib edib.
“ABC-nin saxta mediasının yaydığı kimi, İranı danışıqlar masasına qaytarmağa çalışmıram. Onların özləri üçün heç bir fayda verməyəcək bir razılaşma imzalayıb-imzalamayacaqları ümumiyyətlə məni maraqlandırmır”, – deyə Tramp yazıb.
Onun sözlərinə görə, hazırkı vəziyyət Vaşinqton üçün daha əlverişlidir. Çünki ABŞ Hörmüz boğazına “demək olar ki, tam nəzarət” edir, İran iqtisadiyyatı isə “tamamilə çökür”.
“Onlar sadəcə qaçılmaz nəticəyə doğru gedirlər. İran xalqı nə vaxt rejimə qarşı çıxıb mübarizə aparmağa başlayacaq?” – deyə Tramp yazıb.

Oxşar