Donald Tramp Hindistandan idxal edilən mala əlavə 25%-lik rüsum tətbiq edib
Donald Tramp Hindistandan idxal edilən mala əlavə 25%-lik rüsum tətbiq edib

 

ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal edilən mala əlavə 25%-lik rüsum tətbiq edib.

Amerika Prezidentinin izah etdiyi kimi, bu qərarı Hindistan tərəfindən rus neftinin alınmasına cavab olaraq qəbul edib.

Donald Tramp tərəfindən imzalanmış əmrə əsasən, qərar avqustun 27-dən qüvvəyə minəcək. Bəyanatda qeyd edilir ki, istisna yalnız əmr imzalanana qədər artıq tranzitdə olan mala şamil edilir.

Əmr ticarət katibini dövlət katibi ilə birlikdə daha hansı ölkələrin rus neftini idxal etdiyini öyrənməyə məcbur edir. Belə ölkələr müəyyən ediləcəyi təqdirdə, onlara da 25%-lik rüsum tətbiq oluna bilər. Bununla yanaşı, əmrdə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhdid olduğu qeyd olunub.