Donald Tramp, Hindistan rus neftinin idxalını dayandırana qədər Vaşinqtonun Dehliyə tətbiq edilən yüksək rüsumları qoruyub saxlayacağını bildirir
ABŞ Prezidenti Donald Tramp, Hindistan rus neftinin idxalını dayandırana qədər Vaşinqtonun Dehliyə tətbiq edilən yüksək rüsumları qoruyub saxlayacağını bildirir.
“Lakin onlar bunu etmək istəməsələr, o zaman sadəcə olaraq “kütləvi” rüsumları ödəməyə davam edəcəklər” – ABŞ Prezidenti bildirib.
O vaxta qədər isə Tramp Hindistanın rus neftini almağı dayandıracağına əmin olduğunu və bunun Moskvanı iqtisadi cəhətdən təcrid etmək yolunda “böyük addım” olacağını qeyd edib.
“Reuters”in yazdığı kimi, Donald Tramp əgər rəsmi Dehli rus neftinin alınmasını davam etdirərsə, Rusiyaya təzyiq göstərmək məqsədilə Hindistandan idxal edilən mallara 50%-lik rüsum tətbiq edib.
Nəşrin məlumatına əsasən, Qərb ölkələri 2022-ci ildən Rusiyadan neft almaqdan imtina etdikdən və Moskvaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Hindistan rus neftinin ən böyük alıcısına çevrilib.