Donald Tramp hesab edir ki, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında həlledici rol oynaya bilər
Donald Tramp hesab edir ki, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında həlledici rol oynaya bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasında Türkiyə Prezidentinin həlledici rolu ola bilər. Bu barədə Donald Tramp “Air Force One” təyyarəsində, Misirdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlama verib.

Jurnalist Trampdan soruşub ki, Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya müharibəsində vasitəçilik edə bilərmi, və Tramp bu suala müsbət cavab verib.

“Ərdoğan edə bilər. Ona həm Rusiya, həm də Ukrayna hörmət edir. Putin də ona hörmət edir və o, mənim dostumdur. Siz görə bilərsiniz ki, mən niyə güclü liderlərlə yola gedirəm. Zəiflərlə bacarmıram. Bilmirəm, bu nədən irəli gəlir, amma Ərdoğan mənimlə münasibətdə çox yaxşıdır. Bilirsiniz, NATO-nun Ərdoğanla problemi olanda – bu, tez-tez olur – onlar mənə zəng edirlər ki, onunla danışım. Mən bu problemlərin vaxtında həllində heç vaxt uğursuz olmamışam,” – deyə Tramp bildirib.