Donald Tramp: “Hərbi qüvvələrimiz İranda qalanları hələ məhv etməyə belə başlamayıb. Növbədə körpülər və elektrik stansiyalarıdır. Yeni rejimin rəhbərliyi nə etməli olduğunu bilir və bu, sürətlə həyata keçirilməlidir”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranda qalan obyektlərin məhv edilməsinə hələ başlamayıb.

Trampın sözlərinə görə, İran hakimiyyəti nə etməli olduğunu yaxşı bilir və qərarlarını vaxtında qəbul etməlidir.

“Dünyanın ən böyük və güclü hərbi qüvvələrimiz hələ İranda qalanları məhv etməyə başlamayıb. Növbədə körpülər, sonra isə elektrik stansiyaları var. Yeni rejimin rəhbərliyi nə etməli olduğunu bilir və bu, sürətlə həyata keçirilməlidir,” – deyə Tramp yazıb.

Qeyd edək ki, İranın Karac şəhərində körpüyə hücum olub. Tramp sosial şəbəkədə həmin körpüyə edilən zərbəni əks etdirən video yayıb. Onun sözlərinə görə, ABŞ İranın ən böyük körpüsünü məhv edib və Tehran razılaşmanı vaxt itirmədən imzalamalıdır.