Donald Tramp: Hələlik Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsal hüququnun verilib-verilməyəcəyi ilə bağlı qərar verməmişəm

10:57, 31.07.2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Kiyevə “Patriot” tipli raketlərin istehsalı üçün lisenziya verib-verməyəcəyi ilə bağlı hələ qəti qərar qəbul etməyib.

Tramp bu barədə Financial Times nəşrinə telefon müsahibəsində danışıb.

“Bu məsələni hələ də nəzərdən keçirirəm. Bu, son dərəcə güclü silahdır və lisenziyanın kimə veriləcəyi məsələsində ehtiyatlı olmalıyıq. Biz adətən istehsal üçün lisenziya vermirik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, onun əsas məqsədi Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaqdır. ABŞ Prezidentinin sözlərinə görə, Cared Kuşner və Stiv Uitkoff yaxın günlərdə ilk dəfə Ukraynaya səfər edəcəklər.

“Sadə desəm, biz Ukraynada Rusiya ilə müharibənin başa çatmasını istəyirik. Məqsədimiz sülhə nail olmaqdır”, – deyə Donald Tramp vurğulayıb.

Oxşar