Donald Tramp - Hələ də prezident olduğunu düşünən Rusiyanın uğursuz sabiq prezidenti, Medvedevə deyək ki, sözlərinə diqqət yetirsin, çünki çox təhlükəli əraziyə keçir
Donald Tramp - Hələ də prezident olduğunu düşünən Rusiyanın uğursuz sabiq prezidenti, Medvedevə deyək ki, sözlərinə diqqət yetirsin, çünki çox təhlükəli əraziyə keçir

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedevə sözləri haqda düşünməyi tövsiyə edir.

“Hindistanın Rusiya ilə nə etdiyi məni maraqlandırmır. Onlar birlikdə öz ölü iqtisadiyyatlarını məhv edə bilərlər, məni maraqlandırmır. Bizim Hindistanla çox az işgüzar münasibətimiz olub, onların rüsumları çox yüksəkdir, demək olar ki, dünyada ən yüksəkdir. Həmçinin Rusiya və Amerika Birləşmiş Ştatları demək olar ki, ortaq iş görmürlər. Bunu olduğu kimi buraxaq və hələ də prezident olduğunu düşünən Rusiyanın uğursuz sabiq prezidenti, Medvedevə deyək ki, sözlərinə diqqət yetirsin, çünki çox təhlükəli əraziyə keçir” – Donald Tramp sosial şəbəkədə yazır.

Xatırladaq ki, Dimitri Medvedev daha əvvəl sosial şəbəkədə yazıb ki, Rusiya İsrail və ya İran deyil ki, ona qarşı ultimatumlar irəli sürülsün və Trampı “uyumuş Co Baydenin yolu”nu davam etdirməməyə çağırıb.