Donald Tramp - "HƏMAS" girovları bazar ertəsi və ya çərşənbə axşamı azad edəcək, onların qaytarılması çətin proses idi
Donald Tramp - "HƏMAS" girovları bazar ertəsi və ya çərşənbə axşamı azad edəcək, onların qaytarılması çətin proses idi

 

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə əbədi sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Tramp sülh razılaşmasına nail olunmasına töhfə verən bütün ölkələrə təşəkkür edib.

“Dünən Yaxın Şərqdə insanların heç vaxt baş verməyəcəyini söylədiyi əhəmiyyətli irəliləyişə nail olduq. Biz Qəzzada müharibəni bitirdik və daha geniş nöqteyi-nəzərdən, ümid edirəm Yaxın Şərqdə əbədi sülhü bərqərar etdik. Biz girovların azad edilməsini təmin etdik və onları bazar ertəsi və ya çərşənbə axşamı azad edəcəklər. Onların qaytarılması çətin proses idi. Biz Misirə gedəcəyik, orada rəsmi imza atacağıq” – Tramp bildirib.